“Qarabağ” futbol klubunun Suraxanı qəsəbəsində tikilən stadionu və bazasının maketinin görüntüləri yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Heydər Əliyev parkı yaxınlığında tikilən arenanın azarkeş tutumunun 5800 olacağı bildirilir. Stadion gələn mövsümün əvvəlinə kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” Topaz Premyer Liqası və Avrokubok oyunlarını 30 mindən artıq azarkeş tutumuna malik Tofiq Bəhramov adına respublika stadionunda keçirir.