Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya ordusu üçün yeni “Kalaşnikov” avtomatı – FOTOLAR
Rusiya ordusunun yeni silahlarla təchiz olunması prosesi son illər sürətlənib.
Oxu.Az xəbər verir ki, rəsmi Moskva ordusunun raketləri, tank və topları ilə yanaşı, piyadaların atıcı silahlarını, o cümlədən də məşhur “Kalaşnikov” avtomatını yeniləmək niyyətindədir.
Hazırda davam edən silah seçimi müsabiqəsinə təqdim olunan yeni AK-12 avtomatının digərlərindən fərqi (“Avtomat “Kalaşnikova” obraztsa 2012”) əvvəlki AK-74, AK-74M, AKM kimi avtomatlarla müqayisədə daha erqonomik olmasıdır.
Yeni silah daha dəqiq atır, daha etibarlıdır, iş resursu daha çoxdur. Avtomatın çapı 5,45 x 39 mm olaraq qalır. Lakin planlara görə, yeni AK 5,56x45 mm NATO patronları, həmçinin 7,62x39 mm və 7,62x51 mm patronlardan atəş açmaq üçün də hazırlana bilər.
Yeni silah daha müasir nişangah, daha keyfiyyətli lülə ilə təmsil olunub. Silaha lüləaltı qumbaraatan da quraşdırmaq olar.
Yeni silahda AK-74 yaxud AKM-in 30 patronlu standart daraqlar, yaxud 60 patronlu perspektivli dördsıralı qutuşəkilli daraqlardan istifadə oluna bilər.
Silahın atış tempi dəqiqədə 650 atəşə bərabərdir. Güllənin başlanğıc sürəti 900 m/s təşkil edir.
AK-12 ilə 1000 metr məsafədəki hədəfləri nişan almaq olar.
Yeni silahın fotolarını təqdim edirik.