Bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan İtaliya ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 23:45-də Palermodakı “Renzo Barbera” stadionunda keçiriləcək.
Görüşü Türkiyədən olan baş hakim Hüseyn Göçək idarə edəcək.
Qeyd edək ki, millimizin oyunu İTV-də canlı olaraq yayımlanacaq.
Elvin Əhmədov
www.oxu.az