2018-ci il futbol üzrə dünya çempionatının talismanı cümə günü Rusiyanın Birinci kanalında yayımlanan “Veçerni Urqant” verilişində elan ediləcək.
Oxu.Az xəbər verir ki, talisman ümumxalq səsverməsi yolu ilə seçiləcək, səsvermənin finalçıları Canavar, Pişik və Pələng olub.
Səsvermə sentyabrın 23-də Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəsmi saytında və təşkilatın sosial şəbəkələrdəki səhifələrində start götürüb, səsvermə cümə axşamı saat 21:18-də başa çatıb.
Cümə günü arzu edənlər Birinci kanalın saytında səs ver bilərlər. “Veçerni Urqant” verilişi efirə Bakı vaxtı ilə saat 00:30-da çıxacaq.
N.O.
www.oxu.az