Cümə günü terrorçuların İraqda elektrik stansiyasına hücumu nəticəsində ən azı 16 nəfər ölüb.
Oxu.Az bu barədə France-Pressə istinadən xəbər verir.
Hadisə Kirkur əyalətinin Dibis şəhərində baş verib.
“Terrorçu-kamikadzelər səhər saat 6 radələrində hücum ediblər, 12 iraqlı və dörd iranlı işçi ölüb”, - agentlik şəhər meri Abdulla Nürəddin əl-Salehinin sözlərindən sitat gətirib.
Agentliyin məlumatına görə, elektrik stansiyasının operatoru İran şirkətlərindən biridir.
N.O.
www.oxu.az