"Çelsi" əsas qol silahı Kol Palmer uzun müddətə zədələnib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında məlumat verib.
O bildirib ki, K.Palmer zədə səbəbindən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, noyabrın 5-də UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ" öz meydanında "Çelsi"ni qəbul edəcək.