"Mançester Siti"nin keçmiş qapıçısı Skott Karson sosial şəbəkə hesabında karyerasını başa vurduğunu elan edib.
Oxu.Az-ın xəbərinə görə, 40 yaşlı qolkiper onunla tanınır ki, "şəhərlilər"in heyətində cəmi 107 dəqiqə meydanda olaraq 12 kubok qazanıb.
O həmçinin "Lids", "Liverpul", "Vest Bromviç", "Derbi Kaunti", daha bir neçə İngiltərə klubunda və Türkiyənin "Bursaspor" komandasında çıxış edib.