Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ceydon Sanço "Çelsi"yə bəla oldu
"Çelsi" Ceydon Sançonu maddi təzminat ödəməklə vaxtından əvvəl "Mançester Yunayted"ə qaytara bilər.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Erik ten Haq ilə mübahisədən sonra icarəyə verilən vingerin müqaviləsinin şərtlərinə görə, London klubu 14-cü yerdən yuxarı pillələrdə qərarlaşacağı halda onu 22-25 milyon funt sterlinqə almalıdır. Entso Mareskanın komandası hazırda dördüncü yerdədir. Lakin mənbə londonluların transferdən vaz keçdiyini iddia edir.
Səbəblərdən biri şəxsi şərtlərlə bağlı razılaşmanın olmamasıdır. Sanço hələ də "Çelsi" ilə maaşla bağlı razılığa gəlməyib. Bundan başqa, klub digər cinah oyunçularının, o cümlədən "Betis"dən Xesus Rodrigesin namizədliyini də nəzərdən keçirir.
İcarə müqaviləsi pozularsa, "Mançester Yunayted" də maliyyə problemləri ilə üzləşəcək. Klub hələ də 2021-ci ildən "Borussiya Dortmund"a transfer haqqı üçün 17 milyon funt-sterlinq borcludur. Üstəlik, "qırmızı şeytanlar" Sançonun həftəlik 250 min funt-sterlinq maaşının bir hissəsini də ödəyir.
Bu mövsüm Sanço 27 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Borussiya Dortmund" teqi üzrə xəbərlər
- Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Çempionlar Liqası: Son dörddəbir finalçılar bəlli olacaq
- Nuri Şahin yenidən Türkiyə Super Liqasına qayıdır
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb
- UEFA Çempionlar Liqası: Dörddəbir final mərhələsinə ən şanslı komandalar hansılardır?