Azərbaycanın Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə gənclər arasında tullanma üzrə Avropa çempionu Nazim Babayevi, bir neçə il öncə Azərbaycanı təmsil etməkdən imtina edərək Türkiyəyə köçən qaçış üzrə idmançı Ramil Quliyev ilə müqayisə edib.
“Ramil Quliyev məşhur idmançı olduqdan sonra Azərbaycan bayrağı altında çıxış etməkdən imtina etdi, - Oxu.Az Hüseynzadənin sözlərindən sitat gətirir. – Amma Türkiyəyə köçdükdən sonra o, əvvəlki nəticələrinə yaxın nəticə belə göstərmir.
Mən, məsələn, Ramilin hansısa yarışda qalib gəldiyini eşitməmişəm. Böyük pul ardınca qaçmaq hər zaman uğur gətirmir. Nazim Babayevə gəldikdə isə o, vətənpərvərdir. Mən inanıram ki, o, gələcəkdə də Azərbaycan yığması üçün çıxış edəcək”.
F.H.
www.oxu.az