UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turda ilk oyun günü başa çatıb.
Oxu.Az xəbər verir ki, günün ikinci hissəsində baş tutmuş 6 oyundan sonra pley-offa yüksəlməyi təmin etmiş iki komandanın adına aydınlıq gəlib.
E qrupunda “Bavariya” “Benfika”ya qalib gəlib. Bu qələbə ilə 4 oyundan sonra maksimum – 12 xal toplayan Münhen təmsilçisi sona iki tur qalmış qrupdan çıxmağı təmin edib.
Qrupun digər matçında “Barselona” Kiyev “Dinamo”sunu çətinliklə məğlub edib.
Pley-offa vaxtından əvvəl yüksələn digər komanda isə “Yuventus”dur. H qrupunda mübarizə aparan Turin təmsilçisi evdə Rusiya “Zenit”i üzərində qələbə qazanaraq, maksimum nəticə ilə adını növbəti mərhələyə yazdırıb.
Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. “Mançester Yunayted” İtaliyada “Atalanta” ilə heç-heçəyə razılaşıb.