"Karvan-Yevlax" klubunun sabiq futbolçusu Coy-Slayd Mikelsin karyerasındakı növbəti dayanacağı rəsmən məlum olub.
Oxu.Az xəbər verir ki, o, çıxışını Maltada davam etdirəcək.
Belə ki, "Hibernians" komandası Ruanda millisinin hücumçusunu heyətinə qatdığını açıqlayıb. 30 yaşlı futbolçu yeni kollektivinə azad agent statusu ilə qoşulub.
Qeyd edək ki, Coy-Slayd Mikels Almaniyanın köklü "Borussiya Münhenqladbax" klubunun akademiyasının yetirməsidir. Hücumçu 2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında "Karvan-Yevlax"ın heyətində 19 dəfə yaşıl meydana çıxıb və beş qola imza atıb.