Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Darvin Nunyes "Liverpul"dan ayrılacaq
"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes mövsümün sonunda klubdan ayrılmağa hazırlaşır.
Oxu.Az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Nunyes "Əl-Hilal"ın transfer hədəfinə çevrilib.
25 yaşlı hücumçu bu mövsüm çıxış etdiyi 36 matçda altı qol və beş asistlə yadda qalıb.
Qeyd edək ki, Nunyes 2022-ci ildə "Benfika"dan "Liverpul"a 85 milyon avro qarşılığında transfer olunub. Onun "Liverpul" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar