“A” qrupunun sonuncu turunda Meksika yığması Xorvatiyanı 3:1, Braziliya isə Kamerunu 4:1 hesabı ilə məğlub etdi.
Oxu.Az xəbər verir ki, meksikalıların heyətində Rafael Markez - 72, Quardado - 75 və Hernandez - 82-ci dəqiqədə fərqləndilər.
Xorvatların təsəlli qolunu isə oyunun əsas vaxtının qurtarmasına bir dəqiqə qalmış Perişiç vurdu.
Braziliya Kamerun oyununda Neymarın iki qolu (17 və 36), Fred (49) və Fernandinyonun (82) qollarına Kamerun bir qolla cavab verdi. Joel Matip 26-cı dəqiqədə Kamerunun, həmçinin bu mundialda yeganə qolunu vurdu.
Beləliklə, Braziliya pley-offa “A” qrupundan birinci pillədən çıxdı və 1/8 finalda ev sahiblərinin rəqibi Çili yığması olacaq.
Meksikalılar isə 1/8 finala qrup ikincisi kimi vəsiqə qazanırlar. Onlar “B” qrupunun qalibi güclü Hollandiya ilə qarşılaşacaqlar.