Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında videotəkrar texnologiyasından istifadə edəcək.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə FİFA-nın prezidenti Canni İnfantino bəyan edib.
“Bu texnologiya barədə yalnız müsbət rəylər eşitmişik, bu səbəbdən DÇ-2018-də videotəkrardan istifadə edəcəyik”, - o deyib.
Qeyd edək ki, daha əvvəl İngiltərə Futbol Federasiyası ölkə kubokunun matçlarında bu vasitədən istifadə edəcəklərini açıqlamışdı.
S.B.
www.oxu.az