İspaniya millisinin qapıçısı David De Hea futbol üzrə Avropa çempionatından kənarlaşdırılması barədə məlumatları təkzib edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Lenta.ru nəşrinin xüsusi müxbiri məlumat verib.
“Mançester Yunayted”in 25 yaşlı qapıçısı mətbuat konfransı zamanı adının 2012-ci ildə seks qalmaqalında hallanmasına görə məşqçi heyətinin onu İspaniya millisindən kənarlaşdırması barədə məlumatları yalan adlandırıb.
19:48
İspaniya millisinin qapıçısı David De Hea adının seks qalmaqalında hallanmasına görə komandadan uzaqlaşdırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə iyunun 10-da “The Independent” nəşri yazır.
Nəşrin məlumatına görə, bu axşam start götürəcək futbol üzrə Avropa çempionatında “Mançester Yunayted”in qapıçısı iştirak etməyəcək.
Əsas heyətdə onu “Porto”nun şərəfini qoruyan İker Kasilyas əvəz edəcək.