İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial media hesabında məlumat verib.
72 yaşlı Q.Qravina 2018-ci ilin payız aylarından etibarən İtaliya Futbol Federasiyasına rəhbərlik edirdi. Məhz onun prezidentliyi dövründə - 2021-ci ildə İtaliya yığması Avropa çempionu olub.
Qeyd edək ki, martın 31-də İtaliya yığması 2026-cı il dünya çempionatına vəsiqə uğrunda həlledici pley-off matçında Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında 1:4 hesabı ilə uduzan İtaliya millisinin mundial arzusu puç olub. Bu nəticə ilə İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına yollanmaq şansını itirib.