Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, çempionata 8 pəhləvan yollanacaq.
Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.
Olimpiya çempionlarından Toğrul Əsgərov dopinq cəzalısı olduğu üçün heyətdən kənarda qalıb. Olimpiya çempionumuz Şərif Şərifov isə çəkisi artırdığı üçün formada deyil. Bu səbəbdən də o, millinin heyətinə daxil edilməyib.
Qeyd edək ki, dünya çempionatı avqustun 21 - 26-da Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də isə qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.
E.Ə.
www.oxu.az