VAR sistemi DÇ-2026-da daha çox səlahiyyətə malik olacaq.
Oxu.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, FIFA-nın məqsədi dünya çempionatındakı oyunların nəticəsinə təsir edə biləcək hər hansı aşkar səhvlərdən yayınmaqdır.
Təklif olunan yeni qaydalar:
- bir oyunçuya göstərilən ikinci sarı vərəqədən sonra VAR epizoda müdaxilə edəcək, bununla da hakimlərin mümkün səhvini sığorta edərək yersiz qırmızı vərəqədən qaçmaq mümkün olacaq;
- mübahisəli künc zərbələri zamanı VAR-a müraciət olunacaq, nəticədə səhv künc zərbəsi qərarına görə, müdafiə olunan komandanın qapısı qarşısında haqsız yerə təhlükə yaranmayacaq.
Təklif olunan dəyişikliklərin Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) yanvarda keçiriləcək İllik İşgüzar Görüşündən əvvəl təqdim ediləcəyi gözlənilir.