3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub.
Oxu.Az bildirir ki, yığma bu raundda Niderlanda uduzub - 8:21.
Komanda bu gün 1/4 finalda Rumıniyaya qalib gəlib - 18:15.
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippini üstələyib - 21:14.
3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının Səbail mərhələsi bu gün yekunlaşacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan millisi 1/4 finalda Rumıniyanın "Rapid" klubu ilə qarşılaşacaq.
Qarşılaşma saat 16:25-də başlayacaq.