Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev Bakıda keçirilən "FIFA Series - 2026" turnirinin ən yaxşı futbolçusu adına layiq görülüb.
Oxu.Az xəbər verir ki, ona mükafatı AFFA-nın baş katibi Cahangir Fərəcullayev təqdim edib.
Xatırladaq ki, Azərbaycan yığması turnirin həlledici qarşılaşmasında Syerra-Leone seçməsini penaltilər seriyasında məğlub edərək "FIFA Series - 2026"nın qalibi olub.