Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elxan Məmmədov: Danışılmış oyunlarda şübhəli şəxslər arasında məşhur simalar var
İndiyədək bir neçə nəfəri futboldan kənarlaşdırmışıq. Hüquq-mühafizə orqanlarına təşəkkür edirəm ki, onlar hər zaman danışılmış oyunlarla bağlı adları çəkilən şəxslərə qarşı bizimlə sıx əməkdaşlıq edir. Həmçinin, klublar özləri bizə şübhələndiyi futbolçular barədə məlumat verir.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O bildirib ki, hazırda danışılmış oyunlarda şübhəli bilinən şəxslərlə bağlı araşdırmalar aparılır.
Elxan Məmmədovun sözlərinə görə, həmin şəxslərin bəziləri məşhur simalardır:
“Biz əvvəl də demişik. Bu, virusdur. Biz bu virusu məhv etməliyik. Bu yaxınlarda yeni adları açıqlayacağıq. Təəssüf ki, onların arasında məşhur adlar da var. Bu insanların bəziləri digər idman növlərində çalışan şəxslərdir.
Mediaya da müraciət edirəm ki, şübhələndiyi şəxslər barədə bizə məlumat versin. Biz həmin insanları araşdıraq və onların danışılmış oyunlarda əlinin olub-olmadığını sübuta yetirək”.
Səbuhi Musayev
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA
Rəylər