İngiltərənin "Everton" klubu azarkeşlərə yeni stadionunun ərazisində yerləşdirilən 36 000 xatirə plitəsi satıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, klubun azarkeşləri 65-750 funt sterlinq qarşılığında özlərini klubun tarixinə "həkk ediblər".
Qeyd edək ki, klub bu addımı azarkeşlərin yeni transferlərə dəstək olması məqsədilə atdığını iddia edir.