Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fatih Terim yeni klubundakı işinə qələbə ilə başladı
Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əş-Şabab"ın baş məşqçisi kimi ilk oyununda qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, onun komandası Kral Kubokunun 1/4 finalında "Əl-Feyha"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
"Əş-Şabab" Fatih Terimin rəhbərliyi altında növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Əhli"yə qarşı keçirəcək.
Qeyd edək ki, Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.
"Fatih Terim" teqi üzrə xəbərlər
- Fatih Terim: "Çempionluq "Qalatasaray"ın haqqıdır"
- Ronaldu Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi
- Fatih Terimin komandası üsyan edir - Üç aydır, maaşsız qalıblar
- Fatih Terimin komandasından ardıcıl ikinci QƏLƏBƏ: Növbəti rəqib Ronaldulu "Ən-Nəsr"
- Məhkəmədən Fatih Terim haqqında qərar: Zorla gətiriləcək
Ən çox oxunanlar