UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsi çərçivəsində "Fənərbağça" (Türkiyə) və "Qurnik" (Polşa) klubları arasında keçirilən ilk oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, İstanbuldakı matç 1:0 hesabı ilə ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolun müəllifi 37-ci dəqiqədə fərqlənmiş Anderson Taliska olub.
Cavab matçı iyulun 29-da keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12