Fevralın 13-14-də Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, çempionatda 45 komanda və bu komandalardan 325 idmançı mübarizə aparıb.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən idmançı Nəriman Baxışov 81 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
O, İdman-sağlamlıq klubunun məşqçi-müəllimləri Rasim Babayev və Taleh Sadıqovun rəhbərliyi altında çıxış edib.
İ.N