Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

FİFA ilin ən yaxşı oyunçusu adına iddialıları AÇIQLADI - FOTO
Argentinalı Lionel Messi, fransalı Kilian Mbappe və norveçli Erlinq Holand Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) versiyasına görə 2023-cü ilin ən yaxşı oyunçusu adına iddialıdırlar.
Bu barədə cümə günü qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Messi hazırda ABŞ-nin “İnter Mayami” klubunda oynayır. 2022-ci ilin dekabrında hücumçu dünya çempionu olub.
Mbappe Fransa millisi ilə birlikdə dünya çempionatının finalçısı olub. Hücumçu ötən mövsüm ölkə çempionu olan Fransanın PSJ klubunda çıxış edir.
Holand isə İngiltərənin “Mançester Siti” klubunun oyunçusudur və komandanın tərkibində keçən mövsüm çempionluq yaşayıb, İngiltərə Kubokunu qazanıb və Çempionlar Liqasının qalibi olub.
Mənbə: TASS
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib