"Formula-1" çempionatının sahibi "Liberty Media" şirkəti 2025-ci ilin ikinci rübündə 1.34 milyard dollar gəlir əldə etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu rəqəm keçən illə müqayisədə 35 faiz (988 milyon dollar) çoxdur.
1.03 milyard dollar, promouterlərdən, sponsorlardan və yayım hüquqlarından əldə olunan gəlirlər də daxil olmaqla, "Formula-1"in əsas qazancıdır.
2024-cü ildə bu rəqəm 739 milyon dollar olub.
"Formula-1" rüb ərzində komandalara 513 milyon dollar pul mükafatı ödəyib (2024-cü ilin eyni dövrü üçün 435 milyon dollar).