"Formula-1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) gələn ildən istifadə olunacaq bolidlərin yeni modelləşdirilmiş dizayn konseptlərini təqdim ediblər.
Oxu.Az bildirir ki, bu barədə məlumatı FIA-nın Mətbuat Xidməti yayıb.
Növbəti "Formula-1" mövsümü yeni texniki reqlamentlə başlayacağına görə, bolidlərin konstruksiyasında ciddi dəyişikliklər olacaq.
Xüsusilə, DRS sistemi ləğv ediləcək və onun yerini aktiv aerodinamika alacaq.
Bundan əlavə, səthin yaxınlığı effekti ("ground effect") də artıq istifadə olunmayacaq.