“Bu, mənim Azərbaycana birinci səfərimdir. Bakı şəhəri, eləcə də, buradakı yarış treki məni valeh etdi”.
Oxu.Az xəbər verir ki, bunu Formula-1-in idman direktoru Ross Braun jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakıda Formula-1-in keçirilməsi üçün möhtəşəm şərait yaradılıb.
“Bakı Şəhər Halqası möhtəşəmdir. Fikrimcə, həftəsonu keçiriləcək yarış çox maraqlı olacaq”.
Elvin Əhmədov
www.oxu.az