"Mercedes" komandasının pilotu Corc Rassell "Formula-1" üzrə dünya çempionatının 5-ci mərhələsi çərçivəsində keçirilən Kanada Qran-prisinin sprint yarışında qələbə qazanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ikinci yeri Lando Norris ("McLaren") tutub. İlk üçlüyü isə Kimi Antonelli ("Mercedes") tamamlayıb.
Qeyd edilib ki, əsas yarış üçün sıralama mərhələsi daha sonra keçiriləcək, əsas Qran-pri isə mayın 24-də baş tutacaq.
Qaynar xətt:
(055) 224 12 12