Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gürcüstanlı futbolçu rəsmən PSJ-də
Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, bunu paytaxt təmsilçisinin Mətbuat Xidməti bildirib.
"Pari Sen-Jermen" Xviça Kvaratsxeliya ilə müqavilə bağlandığını məmnuniyyətlə elan edir. 7 nömrəli formanı geyinəcək 23 yaşlı cinah oyunçusu klubun tarixində ilk gürcüstanlı futbolçu olacaq", - mətbuat xidməti diqqətə çatdırıb.
Razılaşmaya görə, "Dinamo Tbilisi"nin yetirməsi 2029-cu ilin iyun ayınadək PSJ-də top qovacaq.
İtaliyalı insayder Fabritsio Romano "qırmızı-mavilər"in Neapol komandasına 70 milyon avro ödədiyini bildirib.
Xatırladaq ki, daha əvvəl Kvaratsxeliya İngiltərənin "Liverpul" klubunun da maraq dairəsində idi.
Yanvarın 13-də italiyalı jurnalist Nikolo Şira futbolçunun 75 milyon avroya PSJ-yə keçəcəyini açıqlamış, müqaviləsinin 2029-cu ilədək olacağını əvvəlcədən anons etmişdi. Yanvarın 16-da Kvaratsxeliya "Napoli" ilə vidalaşmışdı.
"PSJ (Pari Sen-Jermen) FK" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- PSJ avrokuboklar tarixində yeni klub rekordunu yeniləyib
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu