Amma “Mercedes” komandasının icraçı direktoru Niki Lauda “Servus TV”-yə verdiyi müsahibəsində bunun belə olmadığın bildirib.
Oxu.Az f1news.ru-ya istinadən xəbər verir ki, həqiqətən də, Hemilton məlubiyyətə görə əsəb keçirir.
“Lyuis deyir ki, Niko ilə münasibətləri yaxşıdır, amma bu belə deyil. Riosberq irəli keçdikcə, Lyuis bir o qədər qəzəblənir. Bakıda təsnifatda divara dəydikdən sonra hotel nömrəsini necə dağıtdığını görmüşdüm. Doğrudur, sonradan hər şeyin pulunu özü ödədi”, - Niki Lauda bildirib.