Braziliyada start götürəcək futbol üzrə Dünya Çempionatının başlamasına 6 gün qalır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, artıq Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək komandalar öz şüarlarını seçiblər.
Komandalar sloqanlarla azarkeşlərinə səsləniblər. Həmin şüarları sizə təqdim edirik:
Brazilya: Hazırlaşın 6-cı çempionluq gəlir
Xorvatiya: Ürəkdə alovla, hamı bir nəfər kimi Xorvatiya naminə!
Meksika: Hər zaman birgə, hər zaman asteklər!
Kamerun: Aslan aslan olaraq qalır
İspaniya: Ürəklərimizdə çempionluq ehtirası var
Hollandiya: Əsl kişilər narıncı geyir
Çili: Çi, Çi, Çi! Li, Li, Li! İrəli Çili
Avstraliya: Sokkeruz: tarixə hoppanarkən!
Kolumbiya: Bura tək komanda yox, bütün ölkə gəlib
Yunanıstan: Qəhrəmanlar yunanlar kimi oynayır
Kot d’İvuar: Fillər Brazilyaya köklənib
Yaponiya: Samuraylar, döyüş vaxtı çatıb!
Uruqvay: 3 milyon istək, irəli Uruqvay!
Kosta Rika: Ehtirasım futbol, gücüm xalqım, fəxrim Kosta Rika
İngiltərə: Bu komandanın arzusu milyonların ürək döyüntüsüdür
İtaliya: Dünya kuboku arzusunu göy rəngə boyayaq
İsveçrə: Son dayanacaq: 13.07.2014 “Marakana”
Ekvador: Yeganə sədaqət, yeganə ehtiras, bir ürək. Hər şey sənin üçündür, Ekvador!
Fransa: Qeyri-mümkün, bu fransızlara xas olmayan sözdür
Honduras: Biz bir ölkə, bir millət, ürəkdə 5 ulduzuq
Argentina: Biz sadəcə komanda deyilik, biz nəhəngik
Bosniya-Hersoqovina: Ürəkdə əjdahalar, meydanda əjdahalar
İran: Eşq olsun İrana
Nigeriya: Biz yalnız birlikdə qalib gələcəyik
Almaniya: Bir ölkə, bir komanda, bir arzu
Portuqaliya: Keçmiş tarixdir, gələcəkdə yalnız qələbə
Qana: Qara ulduzlar: Brazilyanı işıqlandırmağa gəlmişik
ABŞ: Ehtirasla irəliləyən vahid komanda
Belçika: Qeyri-mümkün olanı gözləyin
Əlcəzair: Səhra döyüşçüləri, haydı Braziliyaya
Rusiya: Bizə çata bilməzlər
Koreya: Qırmızılar, həzz alın.