"Axmat-Arena" idman kompleksinin ərazisində Çeçenistan Respublikasının keçmiş prezidenti Əhməd Kadırovun anadan olmasının ildönümü münasibətilə qurban kəsmə mərasimi keçirilib.
Sports.ru xəbər verir ki, idman kompleksinin mətbuat xidmətinin rəhbəri bu barədə açıqlama verib.
Açıqlamada deyilir:
“Bu gün "Axmat-Arena" idman kompleksinin baş direktoru Maqomed Matsuyevin adından idman kompleksinin ərazisində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun anadan olmasının 69-cu ildönümünə həsr olunmuş qurban kəsmə mərasimi keçirilib. Qurbanlıq heyvanın əti stadionun işçilərinə paylanıb. Uca Allah xeyirxah işlərimizi qəbul etsin və bizə mərhəmət bəxş etsin ".
Посмотреть эту публикацию в Instagram