Azərbaycan gimnastları III MDB Oyunların səkkiz medalla başa vurublar.
Oxu.Az xəbər verir ki, gimnastlarımız dörd gümüş, eyni sayda bürünc medal qazanıblar.
Qeyd edək ki, bununla da bədii gimnastika yarışlarına yekun vurulub.
Azərbaycan gimnastları III MDB Oyunlarında daha iki medal qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Fidan Qurbanlı gürzlərlə gümüş medal sahibi olub.
Lentlərlə hərəkətlərdə isə Azadə Atakişiyeva gümüş medal əldə edib.
Qeyd edək ki, bədii gimnastika yarışlarına bu gün yekun vurulacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası III MDB Oyunlarında halqalarla üçüncü olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, fərdi yarışda Nur Sadıqova halqalarla bürünc medal qazanıb.
Azadə Atakişiyeva isə topla gümüş medala sahib olub.
Qeyd edək ki, A.Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutmuşdu.