III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində gimnastika üzrə yarışlar davam edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan gimnastı Azadə Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutub.
Bədii gimnastika üzrə komandamız isə (Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azada Atakişiyeva) üçüncü yerə çıxaraq bürünc medala sahib olub.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.
Azərbaycan bədii gimnastı III MDB Oyunlarında gümüş medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azadə Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutub.
Qeyd edək ki, bədii gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.
Azərbaycanın iki bədii gimnastı III MDB Oyunlarında finala vəsiqə qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Şəms Ağahüseynova lentlərlə çıxışda adını finala yazdırıb.
Fidan Qurbanlı isə gürzlərlə finala vəsiqə qazanıb.
Qeyd edək ki, III MDB Oyunlarında bədii gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.