Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

III MDB Oyunlarında iştirakını təsdiqləyən ölkələrin siyahısı bəlli oldu
Yeddi ölkə, o cümlədən ev sahibi Azərbaycan, 2025-ci ildə keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, hazırda oyunlarda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir. Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən yeddi ölkədən 23 idman növü üzrə ümumilikdə 1 659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2 385 nəfərdir.
Komanda idman növləri üzrə - futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında altı ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilirlər. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, oyunlarda dünyanın 23 ölkəsindən 5 500-ə yaxın iştirakçının qatılması gözlənilir.
III MDB Oyunları 2025-ci il 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- "Skytrax" AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
- Əcnəbilərin İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir
- Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"
- Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
- MDB Hökumət Başçıları Şurasının növbəti iclası Minskdə keçiriləcək