Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko oğlu Aleksandrın Azərbaycanı təmsil edəcəyini təsdiqləyib.
Oxu.Az "RIA Novosti" agentliyinə istinadən xəbər ki, 13 yaşlı Aleksandr Plyuşenko beş il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb.
Atası Yevgeni Plyuşenko oğlunun keçid prosesinin qaydalar çərçivəsində baş tutduğunu bildirib:
"Saşanın 13 yaşı var. O, Rusiya millisinin üzvü olmayıb, bu mövsüm yarışlarda iştirak etməyib və beləliklə, tələb olunan karantin müddətini keçib. Heç kimin yerini tutmayıb, mənim özəl akademiyamda məşq edib".
Azərbaycanın idman vətəndaşlığına keçməsinə gənc idmançının özü də münasibət bildirərək, qarşıdakı hədəflərindən danışıb:
"Mənə beş il müddətinə Azərbaycanın idman vətəndaşlığı verilib. Ümid edirəm ki, beynəlxalq arenada layiqincə təmsil olunacaq və uğurlu nəticələr göstərəcəyəm".
Rusiyalı fiqurlu konkisürən Aleksandr Plyuşşenko bundan sonra beynəlxalq arenada Azərbaycan yığmasının şərəfini qoruyacaq.
Oxu.Az "RİA Novosti Sport" nəşrinə istinadən xəbər verir ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKR) bu gün baş tutan İcraiyyə Komitəsinin iclasında A.Plyuşşenkonun sərbəst buraxılmasına rəsmi şəkildə razılıq verib.
Hazırda 13 yaşı olan Aleksandr artıq gələn mövsümdən etibarən Azərbaycan bayrağı altında beynəlxalq yarışlara qatıla bilər. Bu məqsədlə onun yalnız Beynəlxalq Konkisürmə İttifaqından (ISU) müvafiq çıxış hüququnu təsdiqləyən xüsusi sənəd alması tələb olunur.
Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu olan Aleksandr bu vaxta qədər Rusiya daxilindəki rəsmi turnirlərdə demək olar ki, iştirak etməsə də müxtəlif buz şoularındakı çıxışları ilə tamaşaçılara yaxşı tanışdır.