İngiltərə Liqa Kubokunda ikinci yarımfinalçı məlum olub.
Oxu.Az xəbər verir ki, turnirin 1/4 final mərhələsində "Mançester Siti" "Brentford"u qəbul edib.
"Şəhərlilər" qonaqların qapısından iki cavabsız top keçiriblər. Şerki (32) və Savinyonun (67) qolları komandanı yarımfinala çıxarıb - 2:0.
Qeyd edək ki, mərhələyə dekabrın 23-də baş tutacaq "Arsenal" - "Kristal Pelas" matçı ilə yekun vurulacaq.
Xatırladaq ki, ötən gün "Çelsi" adını yarımfinala yazdırıb.
İngiltərə Liqa Kuboku: "Mançester Siti" yarımfinalda