Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İngiltərə Premyer Liqası: "Arsenal" doğma meydanda xal itirdi
İngiltərə Premyer Liqasının üçüncü turunda "Brayton"u qəbul edən "Arsenal" doğma meydanda azarkeşlərini sevindirə bilməyib.
Oxu.Az xəbər verir ki, görüşə daha fəal başlayan "topçular" 38-ci dəqiqədə Kay Havertsin qolu ilə hesabı açıblar. Amma məğlubiyyətlə barışmayan qonaqlar fasilədən sonra hesaba tarazlıq gətiriblər. Coao Pedro 58-ci dəqiqədə bərabərlik qolunu vurub.
Qalan vaxtda komandalar çox çalışsalar da hesab dəyişməyib - 1:1.
Qeyd edək ki, hərəyə yeddi xalı olan "Brayton"la "Arsenal" birinci və ikinci pillələri bölüşür.
Ən çox oxunanlar
Rəylər