Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Arsenal" - "Tottenhem" matçı geridönüşlə bitdi
İngiltərə Premyer Liqasının 21-ci turu London derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, "Arsenal" doğma arenada "Tottenhem"lə qarşılaşıb.
Matçda hesabı qonaqlar açsalar da, meydan sahibləri ardıcıl 2 qolla geridönüş etməyi bacarıblar - 2:1.
Beləliklə də, qələbə sayəsində "topçular" xallarının sayını 43-ə çatdıraraq yarış cədvəlində 2-ci sıraya yüksəliblər. Onlar lider "Liverpul"dan bir oyun çox keçirsələr də, 4 xal geri qalırlar. "Tottenhem" isə 24 xalla 13-cü pillədə qərarlaşıb.
"Arsenal FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar