İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem" və "Çelsi" arasında London derbisi baş tutub.
Oxu.Az xəbər verir ki, "Çelsi"nin minimal hesabla qalib gəldiyi oyunda yeganə qolu 34-cü dəqiqədə Joao Pedro vurub.
Bu oyundan sonra hesablarında 17 xal olan hər iki komanda turnir cədvəlində üçüncü-dördüncü yerləri bölüşürlər.
Qeyd edək ki, "Çelsi" noyabrın 5-də UEFA Çempionlar Liqası çərçivəsində "Qarabağ"ın qonağı olacaq.