İngiltərə Premyer Liqasının 14-cu turu çərçivəsində "Liverpul" - "Sanderlend" qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
"Sanderlend" Şemsdin Talbinin qolu ilə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Florian Virts "Liverpul"un heyətində Premyer Liqada ilk qolunu vuraraq hesaba tarazlıq gətirib.
Bu nəticələ ilə "Liverpul" turnir cədvəlində 22 xalla səkkizinci, "Sanderlend" isə 23 xalla altıncı yeri tutur.