İngiltərə Premyer Liqasının 35-ci turunda "Mançester Yunayted" və "Liverpul" komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 6-cı dəqiqədə Mateus Kunya açıb. 14-cü dəqiqədə Benyamin Şeşko fərqi artırıb. 47-ci dəqiqədə Dominik Soboslai qonaqların ilk qolunu vurub. 56-cı dəqiqədə Kodi Qakpo hesabı bərabərləşdirib. 77-ci dəqiqədə isə Kobi Maynu "Mançester Yunayted"ə qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra "Mançester Yunayted" 64 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Liverpul" isə 58 xalla dördüncü yerdədir.