İngiltərə Premyer Liqası tarixinin 10 ən pis hücumçusu bəlli olub.
Oxu.Az xəbər verir ki, ilk sırada "Arsenal" və "Kristal Pelas"ın sabiq forvardı Yaya Sanoqo qərarlaşıb.
"Sanderlend" və "Hall Siti"də çıxış etmiş Cozi Altidor ikinci, "Çelsi", "Uiqan" və "Blekbern"də oynamış Franko Di Santo üçüncü olub.
Növbəti sıralarda Jo ("Mançester Siti", "Everton"), Frensis Ceffers ("Arsenal", "Everton", "Çarlton", "Blekbern"), Andrey Voronin ("Liverpul"), Mido ("Tottenhem", "Uiqan", "Vest Hem"), Roberto Soldado ("Tottenhem"), Alfonso Alveş ("Midlsbro") və Radamel Falkao ("Mançester Yunayted", "Çelsi") yer alıblar.
Rəylər