İngiltərə Premyer Liqasını tərk "Lester Siti" 11 futbolçu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama yayılıb.
Ceymi Vardi, Daniek Lenne və Denni Uordun müqaviləsi mövsümün sonunda başa çatıb. Daha 8 futbolçu - Oliver Yuinq, Harvi Qodsmark-Ford, Ben Qrist, Denis Hill, Liem Makelinni, Arkan Rayki, Cozef Uormleytin və Bred Yanq isə qarşılıqlı şəkildə razılaşma əsasında "Lester Siti"ni tərk ediblər.
Qeyd edək ki, "tülkülər" 2024/2205 mövsümünü 25 xalla 18-ci pillədə başa vurublar. Komanda növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.