“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.
Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu funksiyanı dünya və Avropa çempionu Elxan Məmmədov yerinə yetirəcək. Bağlanış mərasimi mayın 22-də olacaq.
Qeyd edək ki, Elxan Məmmədov İslamiadada 100 kq çəki dərəcəsində qızıl medal qazanıb.
A.M.