İspaniya La Liqasında 14-cü tur çərçivəsində "Real Madrid" autsayder "Jirona"nın qonağı olub.
Oxu.Az xəbər verir ki, matç gözlənilməz nəticə ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri açıblar. Unahi 45-ci dəqiqədə "Real"ı mərkəzə dəvət edib. Kral klubu 67-ci dəqiqədə Mbappenin qolu ilə cavab verib və bir xalla kifayətlənməli olub - 1:1.
Hazırda Xabi Alonsonun yetirmələri 33 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar. Onlar lider "Barselona"dan 1 xal geri qalırlar. "Jirona" isə 12 xalla 18-cidir.
İspaniya La Liqası: "Real Madrid" autsayder qarşısında büdrədi