İtaliya A Seriyasının 28-ci turu Milan derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda "Milan" klubu "İnter"i qəbul edib.
Görüş "Milan"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolu 35-ci dəqiqədə Pervis Estupinyan vurub.
Bu nəticədən sonra "İnter" 67 xalla liderliyini davam etdirir, hesabında 60 xalı olan "Milan" ikinci yerdədir.