İtaliya mediasında Yurgen Kloppun "Roma"nın yeni baş məşqçisi olacağı iddia olunmuşdu.
Oxu.Az xəbər verir ki, almaniyalı mütəxəssisin meneceri bu haqda açıqlama verib.
O bu iddiaların doğru olmadığını deyib.
"Klopp hazırda "Red Bull" şirkətinin qlobal futbolunun rəhbəridir və heç bir klubla danışıqlar aparmaq barədə düşünmür".
Qeyd edək ki, "Roma"nın hazırkı baş məşqçisi Klaudio Ranyeri cari mövsümün sonunda təqaüdə çıxacaq. Ona görə də "canavarlar" yeni çalışdırıcı axtarışındadırlar.
"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Roma"nın sükanı arxasına keçməyə razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Stampa" nəşri məlumat yayıb.
Qeyd edək ki, mövsümün bitməsinə bir tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında "Roma" İtaliya çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
Mövsümün sonunda K.Ranyerinin İtaliya klubunu tərk edəcəyi qətiləşib.